MƏDƏNİYYƏT


Şuşa sakini: Bura mənim ata ocağımdır, öz evimə gəlmişəm

Yolumuz işğaldan azad edilmiş Şuşa şəhərinədir. Bizimlə birlikdə gedən Şuşa şəhər sakini Məhbubə Əliyeva yolboyu doğulub boya-başa çatdığı, uşaqlığının və gəncliyinin keçdiyi doğma şəhəri ilə bağlı xatirələrindən danışır, 30 ildir həsrətində olduğu ata yurduna çatmağa səbirsizlənirdi.AZƏRTAC-ın bölgə müxbirinin Şuşa şəhərinə səfər təəssüratlarını təqdim edirik.