SİYASƏT


Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib

İyunun 9-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Pakistanın Azərbaycandakı səfirliyinin rəhbərliyi, əməkdaşları, habelə ölkəmizdə səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti iştirak edib.