ELM VƏ TƏHSİL


Sabirabadda direktorların işə qəbulu üzrə keçirilən müsabiqə başa çatıb

Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi 4 rayon daxil olmaqla 38 təhsil ocağında direktor vəzifəsi vakansiyası üzrə keçirilən müsabiqənin yekun mərhələsi keçirilib. Test imtahanından uğurla keçən 55 namizəd müsahibədə iştirak edib. Yaxın günlərdə vakansiyalar üzrə qəbul edilən namizədlər məlum olacaq.