ELM VƏ TƏHSİL


Emin Əmrullayev: 865 məktəb direktorunun, 2343 direktor müavininin vəzifə maaşına əlavələr veriləcək

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Qərarına əsasən 865 nəfər məktəb direktorunun, 2343 nəfər direktor müavininin vəzifə maaşına əlavələr veriləcək.