MƏDƏNİYYƏT


Azərbaycan kalağayıları Bursada keçirilən beynəlxalq festivalda sərgilənir

Sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir. Azərbaycan ipəyi ilk dəfə bu festivalda nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutur.