ELM VƏ TƏHSİL


BDU-nun Astrofizika kafedrası: Yupiter planeti Bakıdan müşahidə edilir

Günəş sisteminin ən böyük planeti olan Yupiter bu gün Bakı vaxtı ilə saat 23:10-da Yer və Günəşlə bir düz xətt üzərində və həmin an özünün orbitində Günəşə ən yaxın nöqtədə - perihelidə olacaq.Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib. Yupiter planeti şərqdə üfüqdən 7° yüksəkliyə qalxdıqdan sonra saat 19:19-dan etibarən müşahidə olunur. Planeti sentyabrın 27-si saat 05:54-dək müşahidə etmək mümkündür.