CƏMİYYƏT


Erməni hərbçilərinin azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq aşkarlandı

Erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.