Rusiya və ABŞ-dan xaş sifarişi alan qubalı aşpaz
24.10.2022 [17:12]
Xəbərin mətni
Hava soyuyan kimi xaş həvəskarları sevimli yeməklərini dadmağa tələsir. Qubada ən dadlı xaşı Əliheydər Salmanov bişirir. Bu aşpazın bişirdiyi xaşdan yemək üçün qonşu rayonlardan gələnlər, hətta Rusiya və ABŞ-dan sifariş edənlər də var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 74 yaşlı Quba rayon sakini Əliheydər Salmanov ömrünün 53 ilini aşpazlıq peşəsinə sərf edib.