ELM VƏ TƏHSİL


Bir dəqiqədə 1500 söz, bir saatda 240 səhifəlik kitab – xaçmazlı məktəblinin qeyri-adi bacarığı

On iki yaşlı Ayan Əliməmmədovanın bir dəqiqədə orta hesabla 1500 söz oxumaq bacarığı var. Balaca istedad bir səhifəni 15 saniyəyə, 240 səhifəlik kitabı isə cəmi bir saata tam oxuyub başa çatdırır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ayan Xaçmaz rayon Əlfəddin Rüstəmov adına Sərkərli kənd ümumi orta məktəbinin VI sinif şagirdidir.