ELM VƏ TƏHSİL


Bakı şəhər məktəblilərinin növbəti kitabı işıq üzü görüb

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib və bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar ediblər.