İtaliyada hazırlanan, Qətərdə qazanılan, Argentinaya yollanan – dünya kuboku
19.12.2022 [11:45]
Xəbərin mətni
Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasına qalib gələrək dünya çempionu tituluna sahib olub.AZƏRTAC xəbər verir ki, komanda tarixində ilk dəfə 1978-ci ildə dünya çempionluğunu bayram edib. 1986-cı ildə ikinci dəfə dünyanın ən güclü komandası olan Argentina Qətər mundialında da birincilik qazanmağı bacarıb.