AZƏRTAC-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20.01.2023 [13:19]
Qanlı Yanvar hadisələrindən 33 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.Səhər saatlarından başlayaraq insanlar axın-axın Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırlayırlar. 20 Yanvar Azərbaycanın müasir tarixinə qanlı və şanlı səhifə kimi yazılıb.AZƏRTAC-ın kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla anıb, şəhid məzarları önünə təzə tər qərənfillər qoyub.