ELM VƏ TƏHSİL


BDU-nun Jurnalistika fakültəsinin tələbələri AZƏRTAC-da olublar

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinin bir qrupu ilə görüş keçirilib.
Tələbələr əvvəlcə AZƏRTAC-ın yeni binasında yaradılan şəraitlə maraqlanıblar. Gənclər Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərlə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeylə tanış olublar.