UEFA Konfrans Liqası: “Qarabağ” pley-off mərhələsinin ilk oyununda “Gent”ə qalib gəlib
17.02.2023 [10:55]
Xəbərin mətni
“Qarabağ” komandası bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın təmsilçisi Bakıda Belçikanın “Gent” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda “Qarabağ” qələbə qazanıb.