Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa edilir

31.05.2023 [10:18]

Xəbərin mətni

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində kənd ərazisində yerləşən 6 kəhrizin bərpası nəzərdə tutulur.