İDMAN


“Əziz Şuşa” veloturu başladı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Əziz Şuşa” beynəlxalq velosiped yarışına start verildi. Turnir iştirakçıları 150 kilometr məsafə qət edərək, Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İyunun 11-dək davam edəcək veloturda dünyanın 14 ölkəsindən 100-dən çox velosipedçi mübarizə aparır. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.