ELM VƏ TƏHSİL


Peşəsini qürurla davam etdirən sərhəd kəndinin müəllimləri

Müəllimlik olduqca çətin, eyni zamanda, şərəfli peşədir. Bəzi müəllimlər var ki, bu peşəni bir qədər də çətin şəraitdə davam etdirməli olurlar. Məsələn, ucqar bir kənddə, dağlıq, soyuq bir ərazidə dərs deməli olurlar. Söhbət açacağımız müəllimlərimiz isə Ermənistanla sərhəd yaşayış məntəqəsi olan Qazaxın Quşçu Ayrım kəndində işləyirlər.
AZƏRTAC xəbər verir ki, Quşçu Ayrım kəndi Qazaxın həm ucqar, həm də Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən biridir. 2014-cü ildən kənddə yeni orta məktəb tikilərək istifadəyə verilib. Burada hələ inşaat işi aparılarkən də düşmən dəfələrlə məktəbi atəşə tutub. Divarlarda güllə izlərinə də rast gəlmək olur.