ELM VƏ TƏHSİL


DİM Ulu Öndərlə görüşmüş Prezident təqaüdçülərindən alınan müsahibələr əsasında kitab nəşr edib

2023-cü ildə Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlk Prezident təqaüdçüləri” layihəsini həyata keçirib.
Ali məktəb tələbələri üçün Prezident təqaüdü Ulu Öndər Heydər Əliyevin 2001-ci il 3 sentyabr tarixli Fərmanı ilə təsis edilib. O zaman ali təhsil müəssisələrinə ən yüksək balla qəbul olunmuş 25 tələbəyə Prezident təqaüdü verilib. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə həm təqaüdün məbləği artırılıb, həm də təqaüdçülərin sayı 102 nəfərə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2001 və 2002-ci illərdə Ulu Öndərlə görüşmüş Prezident təqaüdçülərindən alınan müsahibələr əsasında kitab nəşr edib.