RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə Pakistanın Keçid Hökumətinin Baş naziri ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olundu.
Pakistanın Baş naziri Azərbaycanı antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırdı. Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğuladı.