Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan tərəfi Ermənistanın xarici işlər nazirinin çıxışına etirazını bildirib - UNESCO - da

11.11.2023 [13:41]

Xəbərin mətni

Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında çıxışı zamanı Ermənistanın xarici işlər nazirinin Azərbaycana qarşı əsassız və yalan iddialarını qətiyyətlə rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNESCO Baş Konfransının 42-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər nazirinin çıxışına Azərbaycanın etiraz bəyanatında bildirilib.