Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə ev yanıb

14.11.2023 [12:30]

Xəbərin mətni

Balakən rayonunun Meşəşambul kəndində ümumi sahəsi 160 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 130 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.