Qubada narkotik əməliyyatı: bacı-qardaş və daha iki nəfər tutuldu
05.12.2023 [10:16]
Xəbərin mətni
Quba gələrək 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərən dəstə üzvləri Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır. Orxan Əsədullayev və Sadiq Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.