Hacıqabulda qəza zamanı sürücü ölüb
13.12.2023 [10:48]
Xəbərin mətni
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elçin Məmmədov 18-BJ-377 dövlət nömrə nişanlı VAZ-21015 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirən maşın yoldan çıxıb. Kəllə-beyin travması alan sürücü Şirvan xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.