Azərbaycan Dövlət İnformasiya Agentliyi

DSX-də ötən ilin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­rilib

14.12.2023 [21:18]

Xəbərin mətni

Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möhtəşəm tədbirlər nəticəsində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyət daşıması və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə əlamətdar olması xüsusi vurğulanıb.
Bu nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin ardıcıl reallaşdırılması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqəti sayəsində əldə edilməsi qeyd edilib.