Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsində olub
22.12.2023 [20:41]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirdi.
Qeyd edək ki, qəsəbə Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa-Laçın yolunun kənarında yerləşir. Turşsu qəsəbəsi işğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra azərbaycanlıların ən sıx yaşadığı ikinci yaşayış məntəqəsi olub. Qəsəbə 1992-ci il mayın 15-də işğal edilib.