Gəncədə 42 yaşlı kişini avtomobil vuraraq öldürüb
27.12.2023 [10:45]
Xəbərin mətni
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan evakuator yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada ölüb.