CƏMİYYƏT


FHN: İmişlidə su kanalında batan uşağın axtarışları davam edir

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində bir nəfər azyaşlının batması barədə məlumat daxil olub.c
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.