CƏMİYYƏT


Laçında “Can Laçın” adlı bayram yarmarkası başlayıb

Böyük Qayıdışın ünvanlarından olan Laçın şəhərində hər ötən gün əlamətdar bir an olaraq yaddaşlara həkk olunur. İndi Laçında “Can Laçın” Yarmarkasına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçında Həkəri çayının kənarında düzənlənən “Can Laçın” yarmarkası həm də bayram ab-havası ilə laçınlılara xoş təəssürat bəxş edib. Yarmarkada Laçında istehsal olunan kənd təsərrüfatı məhsulları, müxtəlif əl işləri yer alıb.