CƏMİYYƏT


DSX-nin Xüsusi Məktəbində bir gün REPORTAJ

Uşaqların və gənclərin vətənpərvər ruhda böyüdüldüyü, 5-ci sinifdən başlayaraq hərb sirlərinin öyrənildiyi DSX-nin Xüsusi Məktəbi 2011-ci il oktyabrın 18-də istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən məktəbdə kursantlar xüsusi rejimdə həftənin 5 günü təhsil alırlar.
AZƏRTAC-ın əməkdaşları gələcəyin cəsur sərhədçilərini kiçik yaşlardan formalaşdıran DSX-nın Xüsusi Məktəbindən reportaj hazırlayıb.