ELM VƏ TƏHSİL


Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir

Aprelin 23-də Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilir. Tədbir Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu - UNESCO-nun elan etdiyi 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilmiş 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanın 1997-ci ildən Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü, 2001-ci ildən Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etdiyini diqqətə çatdırıb.