Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərtər rayonunda mina hadisəsi baş verib

21.05.2024 [17:27]

Xəbərin mətni

Mayın 21-də Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Qeyd olunub ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.