Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama
19.11.2026 [12:36]
Xəbərin mətni
Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi, əməkhaqqı ödənişlərinin elektronlaşdırılması, işçinin məzuniyyət hüququnun təmin edilməsinə dair Əmək Məcəlləsinə təklif olunan və hazırda Milli Məclisdə müzakirə olunan dəyişikliklər praktikada yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.