COP29


Avstraliya Azərbaycanın COP29-a sədrlik missiyasını dəstəkləyir

Avstraliya İttifaqının Federal parlamentində "COP29 və Azərbaycan üçün yaşıl enerji strategiyası” mövzusunda təqdimat olub.
Senator və konqresmenlərin, dövlət rəsmilərinin və diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirak etdiyi tədbirdə BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzrə Avstraliya nümayəndə heyətinin rəhbəri xanım Səlli Boks çıxış edərək, Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inandığını və Avstraliya İttifaqının ölkəmizi bu məsuliyyətli missiyada dəstəklədiyini söyləyib.