CƏMİYYƏT


Qələmi ilə şəhadətə yüksələn Məhərrəm

Məhərrəm İbrahimov və Sirac Abışov Qarabağ işğaldan azad olandan sonra erməni vandalizmini dünyaya təqdim etmək üçün oraya ezam olunmuş  ilk  jurnalistlər idi. Azad olunmuş ərazilərimizdə ermənilərin törətdiyi vəhşilik Siracın kamerasi, Məhərrəmin qeydləri ilə dünyaya çatdırılırdı.  4 iyun 2021-ci ilə qədər... Bu gün uzun illər Məhərrəmlə birlikdə işləyən AZƏRTAC-ın kollektivi, doğmaları, dostları onun məzarı üstünə toplaşmışdılar.  Məhrum həmkarımızın qardaşı Əsgər İbrahimovla həmsöhbət oluruq.