Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şəhid Elman Çıraqovun nəşinin qalıqları Şirvanda torpağa tapşırılıb

05.06.2024 [22:35]

Xəbərin mətni

Çıraqov Elman Almaz oğlu 32 il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri olub. O, naməlum şəhid kimi Tərtər Şəhidlər xiyabanında dəfn olunmuşdu. Aprel ayında kimliyi məlum olan Elman Çıraqovun nəşinin qalıqları bu gün ata-baba yurdu Şirvan şəhərində torpağa tapşırılıb.