CƏMİYYƏT
TƏBİB-in rəhbəri bazar günü xəstəxanalarda həkim çatışmazlığı olması barədə iddiaya münasibət bildirib
08.06.2024 [13:09]
Xəbərin mətni
“Həkimlərimiz normal əmək qanunvericiliyi ilə tənzimlənən iş rejimi ilə işləməlidir. Burada qanunazidd addımlar ata bilmərik. Həkimlər 6 günlük iş rejimində çalışırlar”.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bazar günü xəstəxanalarda həkim çatışmazlığı olması barədə iddialara münasibət bildirərkən deyib.