CƏMİYYƏT


Leysan yağışları Zaqatalanın Yuxarı Tala kəndində 100-ə yaxın təsərrüfata ziyan vurub

Zaqatalanın Yuxarı Tala kəndinin cənub hissəsinə yağan güclü leysan yağışları kəndin daxilindən keçən Dəyirmançayda suyun artmasına və daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, nəticədə fərdi təsərrüfatlara, kənddəki bir sıra infrastrukturlara ciddi zərər dəyib.