Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

10.06.2024 [12:59]

Xəbərin mətni

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Yaşar Balaşov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin şəxsdə 4 kiloqram narkotik vasitə - marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.