CƏMİYYƏT


İşğaldan azad edilmiş yaylaqlara Qırğızıstandan daha 116 baş yak gətirilib

Qırğızıstan hökuməti Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış eksperimental yak təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə ölkəmizə 101 baş yak hədiyyə edib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevə şəxsi hədiyyəsi olan yaklar artıq ölkəmizə gətirilərək işğaldan azad edilmiş Kəlbəcər ərazisində təbiətə buraxılıb.