Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilir

11.06.2024 [15:10]

Xəbərin mətni

Bakı Avrasiya Universitetinin (BAAU) ev sahibliyi ilə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Avrasiya Universiteti, Türkiyənin Niğde Universiteti və Qazax Qızlar Milli Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Hüseynli əsas mövzusu “Türk dünyasının 2040-cı il üçün hədəfləri və Türk Dövlətləri Təşkilatı” olaraq müəyyən edilən simpoziumun işinə uğurlar arzulayıb.