Culfada kombayn və taxıl sahəsi yanıb
13.06.2024 [18:09]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.