CƏMİYYƏT


FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

İsti yay fəslində əhalinin xüsusilə qeyri-iş günlərində istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də dənizdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.
Yuxarıda qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.