CƏMİYYƏT


Kürdəmirdə ağır yol qəzası olub, ölənlər var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. AZƏRTAC xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə hərəkətdə olan avtomobilin sürücüsu idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb və bir neçə dəfə yuvarlanıb. Hadisə zamanı avtomobildə olan üç nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.