CƏMİYYƏT


Sel səbəbindən avtomobildə təhlükəli vəziyyətdə qalan 3 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən avtomobildə olan 3 nəfərin təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış “NİVA” markalı minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.