CƏMİYYƏT


FHN Gəncədə qanunsuz tikinti işlərinin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərinin Ş.İ.Xətai prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.