CƏMİYYƏT


Abşeron rayonunda sursat aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.