CƏMİYYƏT


Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir

Azad edilmiş ərazilərdə - Şərqi Zəngəzurda ilk dəfə iyunun 24-də Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb. Zəngilan Konqres Mərkəzində təşkil olunan forum Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib. Daha sonra Zəngilanda aparılan quruculuq və abadlıq işlərinə dair videoçarx nümayiş olunub.