CƏMİYYƏT


Özbəkistanda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

Özbəkistanda 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev qəbula toplaşanları salamlayaraq bildirib ki, 26 iyun Azərbaycan tarixinin əlamətdar səhifələrindən biri - Milli Ordunun yarandığı gündür. Məhz 106 il əvvəl Azərbaycan Ordusunun yaranması Milli dövlətçilik tarixinin mühüm mərhələlərindən biri kimi tarixə düşüb.