ELM VƏ TƏHSİL


Sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərin olduğu regionların adları açıqlanıb

Müəllimlərin sertifikatlaşdırılması prosesində keçid balını toplamayan müəllimlər əsasən Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərdir.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib.