ELM VƏ TƏHSİL


ADAU-da “Məzun günü” keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik korpusunun qarşısında “Məzun günü” tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən universitetin rektoru Zəfər Qurbanov bakalavriat və magistratura pilləsindən məzun olan bütün tələbələri təbrik edib. Rektor bildirib ki, Aqrar Universitet hər zaman məzunlarının yanındadır, onları izləyir və uğurları ilə fəxr edir.